Partiya  Asim Mollazadə Avstraliyada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə çıxış edib-

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib. Millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avstraliyanın Pert şəhərində qeyd edilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,  Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev çıxış ediblər. Onlar Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıblar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat veriblər.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək ölkəmiz haqqında xoş sözlər deyiblər.

Mərasimdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə