Azərbaycanın ilk sahibkar qadını, xalçaçılıq və tikiş üzrə kitabların müəllifi, UNESCO tərəfindən Avropanın xalq sənəti sahəsində ən yaxşı sahibkarı kimi tanınmış Azərbaycan Xalça Dünyası Assosiasiyasının prezidenti Fatimə Ağamirzəyeva vəfat edib. Fatimə xanım ömrünü Azərbaycanın qədim xalçaçılıq sənətinə həsr edən, bu sənətin gələcək nəsillərə ötürülməsində böyük xidmətlər göstərən, minlərlə qadını sənət və işlə təmin edən zəhmətkeş qadınlardan biri idi. Fatimə xanım həm də Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü idi. O, yaddaşımızda gözəl insan, yaxşı dost, ləyaqətli vətəndaş və qayğıkeş iş adamı kimi qalıb. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Başda oğlu Elxan Ağamirzəyev olmaqla Fatimə xanım Ağamirzəyevanın doğmalarına, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin!
|