Demokratik
İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə
“Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda”
mükafata 2023-cü ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.
Sözügedən
mükafat və diploma internet mediada maraqlı kontent yaratdığına görə Ləman
Ələşrəfqızı (LAF.tv) və aktual siyasi mövzularda yazdığı məqalələrə görə
İsmayıl Qocayev (Şərq qəzeti) layiq görülüb. Xatırladaq
ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən
canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə,
azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə
aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub. Demokratik İslahatlar
Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən
jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın
yaradılmasının 148 illiyi münasibətilə təbrik edir.
|