Partiya  “Proses artıq başlayıb” – Millət vəkilləri kütləvi həbslərin anonsunu verdi-

Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədənlərdən biri alan Vaqif Xaçatryanın həbsi Ermənistanda ciddi rezonans doğurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair açıqlamasında bildirilib ki, Azərbaycan ölkəmizin ərazisində hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.

Bu həbsdən və Azərbaycan rəsmilərinin açıqlamalarından sonra xalqımıza qarşı cinayət törətmiş erməni qatillərinin hamısı qorxuya düşüb. Xaçatryanın həbsi onu göstərdi ki, Azərbaycanın əlində siyahı var. Görünən odur ki, çox adam həbs olunacaq.

Xalqımıza qarşı cinayət törətmiş digər erməni qatillərin də cəzalandırılması istiqamətində hansı işlər görülə bilər? Növbəti addımlar və nəticə nə olacaq?

Mövzu ilə bağlı millət vəkilləri Asim Mollazadə və Cavid Osmanov TNS-ə açıqlama veriblər.

Deputat Asim Mollazadə bildirib ki, cinayətkarların cəzalandırılması üçün hansısa bir vaxtı gözləmək lazım deyil.

“Azərbaycan xalqına qarşı cinayət törətmiş canilər mütləq cavab verməlidir. Necə ki, vaxtilə Nürenberq məhkəməsi qatilləri beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırmışdı. Mənə elə gəlir ki, Azərbaycan dövləti bu cinayətlərlə bağlı sənədləri bir daha toplamalıdır. Bütün beynəlxalq təşkilatlara da məlumatlar verməlidir. Söhbət təbii ki, beynəlxalq hüquq-mühafizə orqanlarından gedir. Xalqımıza qarşı cinayət törədənlər beynəlxalq hərbi tribunal tərəfindən də cəzalandırılmalıdır", - millət vəkili qeyd edib.

Asim Mollazadə vaxtilə Hərbi Prokurorluğun 38 nəfərlik siyahı hazırladığını xatırladıb:

“Bu siyahı genişləndirilməlidir. Hər bir cinayət beynəlxalq hüquq-mühafizə orqanlarının tələblərinə uyğun olaraq təqdim olunmalıdır. Aparılan istintaqların nəticəsində  hər bir cinayətkar törətmiş olduğu cinayətlərə görə birmənalı cəzalandırılmalıdır. Yaxşı olardı ki, beynəxalq tribunal bu məsələ ilə məşğul olsun. Azərbaycan bunu da tələb etməlidir.

Həmin erməni qatilləri əliyalın insanları, uşaq, qoca və qadınları qətlə yetiriblər. Həmin cinayətkarların hamısı təkcə Xankəndidə deyil. Bu canilər həm də vaxtilə Ermənistanın rəhbərləri olublar. Onların içərisində Ermənistanın sabiq müdafiə naziri, baş naziri və prezidenti vəzifələrində olan erməni caniləri hələ də cəzalandırılmayıblar. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir. Hər biri beynəlxalq hüquq normaları çərçivəsində öz cəzasını çəkməlidir.

Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirərək cinayətkarları ədalətin hökmünə cəlb edəcəkdir. Bir sözlə, proses artıq başlayıb.  Cinayətkarlardan biri tutulub, qalanları da onun ardınca həbs olunacaqlar”......


Bünyamin Bünyadzadə

TNS.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə