Partiya  Rusiya və İran təhlükəsinə qarşı üçlü format: Azərbaycan-Türkiyə-İsrail-

Yaxın zamanda yeni üçlü format – Azərbaycan-Türkiyə-İsrail platformasının əsası qoyula bilər. 

İyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərində həmkarı Hakan Findan ilə görüşündə bu məsələnin zəruriliyinə toxunub.

Hakan Fidan ilə mətbuat konfransında Bayramov belə bir platformanın yaradılmasının Türkiyə ilə İsrail arasında münasibətlərin inkişafına müsbət təsiri olacağını vurğulayıb: 

"Azərbaycan-Türkiyə-İsrail platforması iki ölkə arasında əlaqələrin daha geniş coğrafiyası baxımından faydalı ola bilər".

Ümumiyyətlə, yeni üçlü formatın əsasının qoyulması və bu format çərçivəsində üçü ölkə arasında strateji bağlantıların intensivləşməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatına nə kimi müsbət təsiri ola bilər? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bu təklif Azərbaycan tərəfindən irəli sürülüb.

“Türkiyə ölkəmizin bu məsələ ilə bağlı təklifini müsbət qarşılayıb. İsrail də təklifimizi dəstəkləyir. Hesab edirəm ki, yaxın günlərdə bu istiqamətdə ciddi işlər görüləcək. Belə bir platforma nəinki üç ölkənin terrora qarşı mübarizədə əməkdaşlığıma gətirib çıxaracaq, həmçinin regionda təhlükəsizliyi daha da möhkəmləndiricək. Eyni zamanda, bu platforma çərçivəsində üçtərəfli enerji əməkdaşlığına da xüsusi önəm verilə bilər. Əgər İsrail Azərbaycan və Türkiyənin yaratdığı enerji nəqliyyat dəhlizinə, yəni Cənub Qaz Dəhlizinə qoşularsa, bu, Avropanın enerji təhlükəsizliyinin təminatına daha böyük zəmanət verəcək”. 

Regionda İran təhlükəsinə toxunan Asim Mollazada bildirib ki, yeni üçlü format üçüncü ölkələrə qarşı yönəlməyəcək: “Bu platformanın prioritet hədəfləri regionda sabitliyin təmin olunmasına və beynəlxalq terrorizmə qarşı mübarizəyə istiqamətlənəcək”. 

Türkiyə ilə İsrail arasında Yaxın Şərqlə bağlı bir çox məsələlərdə, xüsusilə Fələstin məsələsində fikir ayrılıqlarının yaşandığı zamanda Ankara və Təl-Əvivin bir format çərçivəsində bir araya gəlməsi nə dərəcədə mümkündür ?” sualına cavab verən A.Mollazadə hər iki ölkənin dialoq yolu ilə problemlərin öhdəsindən gələ biləcəyini vurğulayıb. ....


Yunis Abdullayev
Cebhe.info

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə