Partiya  Asim Mollazadə: “Xaçaturyan və onun kimi hərbi cinayətkarları dəstəkləyən, müdafiə edənlər riyakar qüvvələrdir”-

Xocalının Meşəli kənd sakinlərinin soyqırımında birbaşa iştirak etmiş Vaqif Xaçaturyan Ermənistana qaçmaq istəyərkən Laçın postunda ələ keçdikdən sonra Azərbaycana qarşı riyakar bəyanatların şahidi olduq. Xaçaturyanın cinayətləri konkret faktlarla sübut olunub, şahidlər, işgəncə izləri üzərində olan adamlar danışır, ancaq biriləri terrorçunun, caninin sərbəst buraxılmasını istəyir.

Ermənistan, separatçılarla yanaşı, bəzi beynəlxalq qurumların mövqeyi isə təəccüblüdür. Terrorçunu, soyqırım törədəni cəzasız buraxmaq hansı məntiqə sığır?

Bu eybəcər davranışları müşahidə edən Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb.

Müraciətdə deyilir: “32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz - Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!.. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan soruşuruq: bəs bizim haqq və hüquqlarımız nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir... İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.... Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!"

Millət vəkili Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Xaçaturyan və onun kimi hərbi cinayətkarları dəstəkləyən, müdafiə edən qüvvələr riyakar qüvvələrdir. Millət vəkili hesab edir ki, bu qüvvələr beynəlxalq hüquq normalarına riayət etmirlər: “Xaçaturyanı müdafiə edən qüvvələr özləri müstəmləkələrdə cinayətlər, qırğınlar törədiblər, milyonlarla insanı qətlə yetiriblər. Aydındır ki, kağız üzərində yazılanlar yalandır, həm Avropada, həm də dünyanın başqa yerlərində hərbi cinayətkarlarla birgə olan qüvvələr mövcuddur. Buna görə də hesab edirəm ki, beynəlxalq təşkilatlarda ciddi islahatlar olmalıdır. Onlar nizamnamələrinə uyğun fəaliyyət göstərməlidirlər. Bir çox halda müdafiə xarakterli bəyanatların arxasında siyasi korrupsiya dayanır. Zəngin ermənilər təşkilatlar vasitəsilə istədikləri bəyanatların səslənməsinə nail olurlar. Azərbaycan isə öz sözünü deyib. Biz haqq mübarizəmizi davam etdirəcəyik”......

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə