Partiya  Azərbaycanda proporsional seçki sisteminə keçid mümkündürmü?-
Azərbaycanda növbəti növbəti parlament seçkilərinin proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə qızğın müzakirələr gedir. Hətta tezliklə referendum keçirləcəyi ilə bağlı məlumatlar da yayılır. 
 
Araşdırmaçılar hesab edirlər ki, proporsional sistemin bərpası ilə seçki islahatları həyata keçiriləcək. Lakin seçki sistemi islahatına dair referendumun planlaşdırılması ilə bağlı hər hansı məlumat rəsmən təsdiqlənməyib. Buna baxmayaraq, bəzi ekspertlər belə məlumatları qeyri-ciddi hesab edirlər. Amma bəzi müşahidəçilər hesab edirlər ki, yaxın vaxtlarda proporsional seçki sisteminin tətbiqi məsələsi aktuallaşa bilər.

Vurğulayaq ki, proporsional seçki sistemi Azərbaycan üçün yenilik deyil. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə səsvermə qarışıq sistem üzrə keçirilib - 100 deputat majoritar (birmandatlı seçki dairəsi), 25 deputat isə proporsional sistem (çoxmandatlı vahid seçki dairələri) üzrə seçilib. Lakin 2002-ci ildəki Konstitusiya referendumu ilə proporsional seçki sistemi ləğv edilib. Növbəti səsvermələr yalnız majoritar sistemə əsaslanıb. 
Məsələn, 2005-ci ildə keçirilən parlament seçkiləri majoritar sistemi ilə həyata keçirilib. Qeyd edək ki, majoritar sistemə görə, səslərin nisbi çoxluğunu qazanan namizəd qalib gəlir.

Bəzi araşdırmaçılar belə hesab edirlər ki, majoritar sistem plüralist qanunverici orqanın yaradılmasına yardım edir. Belə ki, parlamentdə çoxluq təşkil edən partiyaya öz proqramını həyata keçirməyə imkan verir. Onların qənaətinə görə, bu sistem hökumətin effektivlik meyarına daha çox uyğun gəlir. Hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir. Məsələn, 52 faiz səs toplamış partiya parlamentdə yerlərin 52 faizini əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin itməməsi baxımından cəlbedici görünür. Lakin bu sistem parlamentdə rəqabət aparan çoxlu sayda partiyaların olmasına şərait yaradır ki, bu da koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir.

Digər siyasi araşdırmaçılar isə düşünür ki, proporsional seçki sisteminin ləğvi siyasi partiyaların sıradan çıxmasına, onların önəminin azalmasına rəvac verir.

Hər iki tərəfin öz arqumentləri mövcuddur. Lakin sualı açıq qalır - Azərbaycanda proporsional seçki sisteminin bərpası mümkündürmü? Bu sistemin üstünlükləri və çatışmayan səbəbləri nədir? Bu və digər sualları Qaynarinfo siyasi liderlərə ünvanlayıb.

"Majoritar seçki sistemindən istifadə edən demokratik ölkələr çoxdur”

Demokratik İslahatlar Partiyasının (DİP) sədriAsim Mollazadə bildirir ki, Azərbaycanda hər bir variantın reallaşması mümkündür. Onun sözlərinə görə, seçki islahatları aparmaq üçün siyasi qüvvələr siyasi iradə nümayiş etdirməlidirlər:

"Hələlik seçki sistemi ilə bağlı müzakirələr olmayıb, belə müzakirələr başlayarsa, biz də iştirak edib, mövqeyimizi açıqlaya bilərik”.

Asim Mollazadə düşünür ki, hazırkı seçki sistemi ilə bağlı ciddi bir problem mövcud deyil: 

"Çünki hər bir ölkənin bu istiqamətdə öz təcrübəsi var. Bir sıra ölkələr majoritar seçki sistemindən istifadə edirlər. Bu sistem qanunverici hakimiyyətdə hər bir bölgənin təmsilçiliyini təmin edir. ABŞ, Böyük Britaniyada, bir sıra Avropa ölkəsində bu sistem istifadə olunur. Siyasi partiyaların nüfuzunu artırmaq məqsədi ilə yeni demokratiyalarda çox vaxt proporsional sistemdən istifadə edilir. Lakin bununla yanaşı qarışıq sistemlər də mövcuddur. Azərbaycanda indiki sistemin qüsurları nədən ibarətdir, qarışıq sistem, yaxud da proporsional sistem siyasi təmsilçilik imkanlarımızı necə dəyişdirə bilər, bu və digər məsələləri konkret və detallı dəyərləndirmək lazımdır, bunun üçün də ciddi müzakirələrə ehtiyac var. Hər bir detal müzakirə edildikdən sonra qərarlar verilə bilər”. .....
Qaynarinfo.az
Günay İlqarqızı


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə