Partiya  BMT TŞ bu gün “blokada” yalanına görə toplanır - kritik gözlənti-

Sərhəd şousunun son akkordu; Ermənistan Azərbaycana qarşı axırıncı “patron”larını atır, siyasi təhlilçilər deyir ki...

Ermənistanın Azərbaycanı şantaj etməyə və beynəlxalq birliyin hədəfinə gətirməyə hesablanmış “Qarabağda humanitar böhran”, “soyqırımı” ağlaşması 21-ci günə keçdi. Qarabağda qaldırılan hay-küyə rəğmən, hələ bircə erməni də acından ölməyib. Üstəgəl, Ağdam Xankəndi yolu açıqdır.

“Yardımları Xankəndinə daha sürətli və səmərəli necə çatdırmaq olar? Əlbəttə, Ağdam-Xankəndi yolu ilə. 44 km-lik Bərdə-Ağdam və 65 km-lik Ağdam-Füzuli 4 zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın sutkada 17 000 avtomobil keçirmə qabiliyyəti var”.

Bunu srağagün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında (keçmiş Tvitter) yazıb.

Məsələ də ondadır ki, ac adam üçün nə fərqi, ona qida məhsulları hansı yolla gətirilir, kim gətirir.

“Qarabağ sırf kənd təsərrüfatı rayonudur, burada acından ölmək üçün xüsusi istedad lazımdır. Orada tərəvəzçilik, meyvəçilik, heyvandarlıq inkişaf etdirilir - bu, Leninqrad deyil. Bəli, Xankəndi əhalisinin bəzi hərəkətləri məhduddur, ərzaq və dərman təchizatı üçün xarici mənbəyə malik deyil. Amma bu, Azərbaycanın günahı deyil. Ermənistan indi Qarabağ ermənilərinin "acından ölməsi" ilə bağlı spekulyasiyalar aparır, Xankəndidə sıxıntı yaşandığını iddia edir. Bakı isə cavab verir ki, blokada yoxdur, bütün yüklər Ağdam yolundan keçməlidir"......

.....Millət vəkili Asim Mollazadənin fikrincə, Ermənistanın məqsədi sülh prosesini ləngitmək, sazişi imzalamamaq, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımamaqdan ibarətdir: “Ermənistan yolları özü bağlayıb. Hərbi cinayətkarlardan ibarət olan müxalifətin qətlə əl atacağından qorxurlar. Daha öncə parlamentdə sülhdən danışanları aradan götürmüşdülər. Hər bir qurumda - BMT, ATƏT, AP-də "genosid" haqqında danışırlar. Məqsəd sülh sazişi ilə bağlı təzyiqlərin qarşısını almaq üçün dünya ictimaiyyətinə yalan məlumat verməyə davam etməkdir".

Bir daha xatırladaq ki, bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək. İclasda Azərbaycanı BMT yanında Daimi Nümayəndəmiz Yaşar Əliyev təmsil edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib. Ermənistan tərəfdən isə görüşdə xarici işlər naziri Ararat Mirzoyan iştirak edəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə