Partiya  Azərbaycan Cənubi Qafqazda Macarıstan üçün ən önəmli ölkədir-

“Azərbaycanla Macarıstan arasında illərdir, strateji əməkdaşlıq mövcuddur. Çoxşaxəli xarakter daşıyan bu əməkdaşlıq enerji, iqtisadiyyat sahələrini də əhatə edir. Çox mühüm amillərdən biri isə bizim ortaq dəyərlərimizin olmasıdır”.

Bunu TNS-ə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin Macarıstana səfərindən sonra bu ölkənin Baş naziri və Prezidentinin ölkəmizə səfərləri olacaq: “Bu səfərlər nəticəsində dövlətlərimiz arasında əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycan dövlətinin həyata keçirdiyi bir sıra layihələr Macarıstan üçün çox böyük əhəmiyyətə malikdir. Burada söhbət enerji, nəqliyyat və digər sahələrdə olan böyük layihələrindən gedir. Azərbaycan dövlət başçısının Macarıstana səfəri bu əməkdaşlığa Türkiyə ilə birgə Orta Asiya ölkələrinin də cəlb olunması üçün yeni bir təkandır”.....

tns.az

Bünyamin Bünyadzadə


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə