Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vaxtsız ölümü bizi dərindən sarsıdıb. Qənirə xanım vətəninə, xalqına təmənnasız xidmət edən, Azərbaycanın haqq davasını beynəlxalq tribunalarda aparan, Türk dünyasının inteqrasiyası üçün yorulmadan çaba sərf edən bir millət fədaisi idi. O, eyni zamanda nəinki deputatı olduğu dairənin seçicilərinin, ona müraciət edən bir kəsin köməyinə çatmağa, insanların ümid yeri olmağa çalışırdı. Öz pozitiv enerjisi, çalışqanlığı ilə qısa ömründə çox böyük işlərə imza atmışdı. Təəssüf ki, həyatdakı şərəfli missiyası yarımçıq qaldı.
Qənirə xanımın ailəsi və yaxınlarına, dostlarına, onu tanıyan, sevən hər kəsə dərin hüznlə başsağlığı veririk! Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Allah rəhmət eləsin, nur içində uyusun!
|