Partiya  Asim Mollazadə: "Energetika haqqında" yeni qanun bu sahənin liberallaşmasına töhfə verəcək-

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında "Energetika haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. 

Milli Məclisin deputatı Asim Mollazadə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda qəbul ediləcək "Energetika haqqında" yeni qanun bu sahənin liberallaşmasına və yeni enerji sistemlərinin formalaşmasına töhfə verəcək. 

"Azərbaycan neft-qaz sahəsində dünyada aparıcı rol oynayıb. Bu gün biz zamanın tələblərinə uyğun olaraq yeni enerji sisteminə qədəm qoyuruq. Digər tərəfdən də artıq alternativ enerjiyə keçid dövründəyik. Çalışmalıyıq ki, alternativ enerji mənbələrindən istifadə zamanı yeni texnologiyaları tətbiq edərək bu sahəni inkişaf etdirək” – Mollazadə deyib.

O əlavə edib ki, Azərbaycan Böyük Qayıdış layihəsini həyata keçirir və dövlət başçımız Qarabağı ekoloji baxımdan yaşıl mühitə çevirir. 

“Odur ki, biz yeni texnologiyaları Qarabağa cəlb edərək oranı cənnətə döndərməliyik" - deyə o, qeyd edib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə