Partiya  DEMOKRATİK İSLAHATLAR PARTİSİNİN 8 NOYABR – ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ BƏYANATI-
Demokratik İslahatlar Partiyası 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat verib. Bəyanatda deyilir: “8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürur, birlik və dövlətçilik iradəsinin təcəssümü olan əlamətdar gündür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı ilə ölkəmizin suverenliyinin bütün ərazilərimizdə tam bərpası ilə nəticələndi. Bu tarixi hadisələr Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və öz dövlətinin ərazi bütövlüyü uğrunda nümayiş etdirdiyi qətiyyəti bir daha təsdiqlədi. Demokratik İslahatlar Partiyası olaraq bu möhtəşəm Zəfər münasibətilə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramımızı ifadə edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə