Partiya  Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirilib-


Dekabrın 2-də Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirilib. Qurultayda partiya sədrinin və Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdəki fəaliyyətindən, parlamentdə gördüyü işlərdən, xarici əlaqələrindən ətraflı bəhs edib. Eyni zamanda ölkədə bütün sahələrdə keçirilən islahatlar, yeni dövrün tələbləri barədə danışıb.


Həm sədrin, həm də MTK-nın hesabatı qənaətbəxş hesab edilib.


Qurultayda Asim Mollazadə yekdilliklə yenidən partiyanın sədri seçilib. Partiya Siyasi Şurasının və MTK-nın üzvləri yenidən seçilib. Partiya Nizamnaməsində dəyişikliklər edilib və o, yeni “Siyasi partiyalar haqqında” AR qanununa uyğunlaşdırılıb. Qurultay ölkədə keçiriləcək seçkilər və digər cari məsələlərlə bağlı qərarların verilməsi səlahiyyətini partiyanın Siyasi Şurasına həvalə edib.


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə