Partiya  Demokratik İslahatlar Partiyası növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib-

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Qərara əsasən, partiya seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. Lakin partiya üzvləri fəal şəkildə seçki prosesinə qatılacaq, respublika üzrə seçki kampaniyasının gedişini və ümumi seçki prosesini müşahidə edəcəklər. Partiya seçkiləri müşahidə edəcək üzvlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Qərarda o da qeyd edilib ki, partiya üzvləri prezidentliyə namizədlər arasında seçim etməkdə sərbəstdirlər.



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə