Partiya  Paşinyan niyə Ermənistanı İranla eyniləşdirir? Üçtərəfli bəyanatı kimlər unutdurur-

Millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistan Baş nazirinin kommunikasiyalarla bağlı açıqlaması da manipulyasiya cəhdidir.
BAKI, 15 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan yeni açıqlamaları ilə gündəmə gəlib. Paşinyan bildirir ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır.
Paşinyanın bu açıqlaması Bakıda birmənalı olaraq neqativ qarşılanır. İrəvanın danışıqlar prosesinin əsaslandığı üçtərəfli birgə bəyanatı gözardı edərək verdiyi açıqlamalar, prosesi başqa bir istiqamətə yönləndirir. Bakıda Ermənistan tərəfinin bu planlarından xəbərsiz deyillər.
Bəs Paşinyanı belə açıqlamalar verməyə nə vadar edir?
Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə, politoloq Samir Hümbətov, siyasi analitik Nadir Şəfiyev Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkli Asim Mollazadə deyir ki, dəfələrlə Paşinyandan ziddiyyətli açıqlamalr eşidilib:
"Hesab edirəm ki, Paşinyanın belə bir açıqlama verməsinin məqsədi sülh prosesini uzatmaqdır. Paşinyan prosesləri fərqli məcralara yönəltmək istəyir. Gözləyək, bəlkə növbəti günlərdə bunların əksi olan açıqlamalar verəcək".
Millət vəkili hımçinin deyir ki, Ermənistan sülh sazişini imzalamaqdan ehtiyat edir:
"Bu, həm də Ermənistanın daxilindəki problemlərdən qaynaqlanır. Erməni diasporu sülh prosesinin əleyhinədir, əksinə, yeni müharibələr, faciələr istəyir. Ermənistan rəhbərliyi isə Rusiya və Qərbin arasında oyun oynayır. Onlar Moskvaya gedib bir söz danışırlar, Avropa səhnəsində isə başqa rola girirlər. Ermənistan rəhbərliyi hər kəsi aldada biləcəyini düşünür".
Millət vəkili vurğulayıb ki, Ermənistan Baş nazirinin kommunikasiyalarla bağlı açıqlaması da manipulyasiya cəhdidir.
"Azərbaycan və İran arasında dövlətlərarası sazişin Ermənistanla da eynisinin tətbiqi mümkünsüzdür. Çünki Azərbaycan Ermənistanla üçtərəfli bəyanat əsasında danışıqları davam etdirir. Həmin bəyannamədə kommunikasiyalarla bağlı aydın şəkildə hər şey izah edilib. İndi Paşinyanın yenidən velosiped icad etmək cəhdləri səmərəsiz addımlardır. Ermənistan öhfdəliklərini mütləq şəkildə yerinıə yetirməlidir. Çünki bu, Ermənistanın həm də xilası olacaq", – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.....
Sputnik.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə