"Ermənistan
Azərbaycanın bir sıra çaylarını zəhərləyir". Bunu Milli Məclisdə
"Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda
keçirilən dinləmədə Demokratrik İslahatlar Partiyasının sədri, parlamentin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim
Mollazadə deyib. O qeyd edib
ki, tək Ermənistanın deyil, Azərbaycanın müttəfiqi olan Gürcüstanın da Kür
çayına buraxdığı tullantılar ciddi araşdırılmalıdır. Asim Mollazadənin fikrincə,
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən istifadə edərək
Ermənistandan ölkəyə gələn çayların zəhərlənməsi məsələsinə diqqət cəlb
edilməlidir. Milllət
vəkili Azərbaycanda su ehtiyatları ilə
bağlı digər problemlərə də diqqət çəkib: "Bu gün dünyada kənd təsərrüfatı
məhsullarının istehsalı üçün yeni texnologiyalar tətbiq edilir, biz də buna
keçməliyik. Suvarma ilə bağlı çox böyük problemlərimiz var. Biz düşünməliyik
ki, suvarma sistemlərini hansı istiqamətdə inkişaf etdirək. Hazırda su
ehtiyatlarımızı köhnə texnologiyalarla işlətdiyimizə görə, su itkiləri ilə
üzləşirik. Ona görə də, beynəlxalq təcrübələrdən istifadə edərək Azərbaycanın
suvarma sistemlərini müasir standartlara cavab verəcək səviyyədə
yenidən qurmalıyıq.”
|