Partiya  Baydeni azərbaycanpərəstlikdə ittiham etdilər-

Miçiqan ştatında ermənilər ilkin seçkilərdə Demokratların namizədini boykot ediblər

ABŞ-ın Miçiqan ştatında yerləşmiş ermənilər Demokratlar Partiyasının bu ştatda keçirdikləri ilkin seçkilərdə Baydeni boykot edərək “boş səs” veriblər.

“Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ-da nəşr olunan “The Armenian Weekly” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Miçiqanda yaşayan ermənilər Baydeni azərbaycanpərəst hesab etdiklərindən belə qərar qəbul ediblər. Qeyd edilir ki, Amerika Erməni Milli Komitəsi (ANKA - Armenian National Committee of America) də bu barədə qərar qəbul edib. Komitənin saytına yerləşdirilmiş məlumatda bildirilir ki, Azərbaycan Qarabağda əməliyyatlar keçirərkən Bayden administrasiyası rəsmi Bakıya guya qahmar çıxıb, erməniləri müdafiə etməyib: “Bayden BMT-nin Azərbaycanı pisləmək təşəbbüslərinə mane oldu və "soyqırımı"dan sonra beynəlxalq mandata uyğun olaraq ermənilərin “artsax”a təhlükəsiz qayıtmasını təmin edən BMT qətnamələrinə rəhbərlik edə bilmədi, onları təqdim etmədi və hətta dəstəkləmədi", - deyə mətndə bildirilir. 

ANKA həmçinin hesab edir ki, Bayden 2021-ci ildə “erməni soyqırımı” ifadəsini işlədərkən erməni seçicilərinin səsini almaqdan ötrü belə edib və prezidentin bu addımını “riyakarlıq” adlandırıb. Ermənilər ABŞ iqtidarını həmçinin Türkiyəyə qırıcı təyyarələrin satışına icazə verdiyinə görə də qınayıb. Maraqlıdır, erməni lobbisi ən erməniyanlı Ağ Ev hakimiyyətindən niyə üz döndərib? Halbuki Bayden qədər ermənipərəst ABŞ lideri olmayıb. Onun qondarma soyqırımı tanıdığını bəyan etməsi hər nə qədər ermənilərin seçkidə səsini qazanmağa hesablanmış olsa da, faktiki bu ifadəni dilinə gətirib. Eyni zamanda Senatda Azərbaycan əleyhinə qətnamələr qəbul olunub, ermənipərəst konqresmenlər ittihamlar səsləndirib, dövlət katibi Blinkenin köməkçisi Ceyms O,Brayen ölkəmizə qarşı həddi aşıb, bir sözlə, heç də Bayden və ABŞ-ın ayrı-ayrı siyasi institutları Bakıya münasibətdə obyektiv davranmayıblar. Əksinə, bizim haqqımız çatır ki, Baydeni ermənipərəst adlandıraq. Amma göründüyü kimi, Miçiqan erməniləri onu azərbaycanpərəst çıxarmağa çalışıblar. Yeri gəlmişkən, Azərbaycana torpaqların işğal edildiyi bir zamanda hərbi yardımları qadağan edən bədnam “907-ci düzəliş”in həmmüəlliflərindən biri də elə Baydendir. Necə ola bilər ki, indi bizə qahmar çıxsın?! Ən gülməlisi odur ki, Baydeni Türkiyəyə "F-35" qırıcılarını satmağa razılıq verdiyi üçün günahlandırırlar. Sanki iki nəhəng NATO dövləti bir ovuc erməniyə görə münasibətləri ayırd etməli imiş...

Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, bu, ermənilərin ənənəvi oyunlarıdır. A.Mollazadənin fikrincə, onlar öz mövcudluğunu, seçkilərə təsir imkanlarını nümayiş etdirmək, təsir gücünü şişirtmək üçün namizədə təzyiq göstərməkdədirlər: “Amerika ermənilərinin məqsədi Bayden administrasiyasını Azərbaycan əleyhinə addım atmağa sövq etməkdir. ABŞ öz milli maraqlarına zidd qərar verməyəcək. Tək Miçiqan ştatı deyil, digər ştatlarda da ermənilər oxşar rəy bildirəcəklər. Ancaq Kaliforniya ştatında təsir imkanları ola bilər. Amma bu ştatda ermənisiz də Demokrat Partiyasının gücü var”. A.Mollazadə hesab edir ki, onlar seçkilərin nəticələrinə böyük ölçüdə təsir edə bilməzlər. .....

Emil SALAMOĞLU

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə