Demokratik İslahatlar Partiyası Azərbaycan Respublikası Milli Məclisinə
sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar
qəbul edib. Bu barədə qərar partiya Siyasi Şurasının iclasında qəbul edilib.
Siyasi Şura partiyanın seçkilərdə iştirak edəcək namizədlərini də
müəyyənləşdirib. Bununla da hələlik partiyanın 17 seçki dairəsi üzrə namizədi
təsdiqlənib. Onlar aşağıdakı dairələrdən namizədliklərini irəli sürəcəklər: 1. 10
saylı Binəqədi üçüncü Seçki Dairəsindən 2. 15 saylı Yasamal birinci Seçki Dairəsindən 3. 16 saylı Yasamal ikinci Seçki Dairəsindən 4. 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən 5. 19 saylı Nərimanov birinci Seçki Dairəsindən
6. 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən 7. 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən 8. 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən 9. 39 saylı Gəncə ikinci Seçki Dairəsindən 10. 42 saylı Sumqayıt
birinci Seçki Dairəsindən 11. 47 saylı
Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən 12. 54 saylı Mingəçevir
Seçki Dairəsindən 13. 64 saylı Salyan Seçki
Dairəsindən 14. 66 saylı Saatlı Seçki
Dairəsindən 15. 74 saylı Masallı Seçki
Dairəsindən 16. 75 saylı
Lənkəran-Masallı Seçki Dairəsindən 17. 104 saylı Gədəbəy Seçki
Dairəsindən Qeyd edək ki, partiyanın
sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən
irəli sürüb. Partiya artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi
Seçki Komissiyasına təqdim edib.
|