Demokratik
İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli
Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən
namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində
seçicilərlə görüşüb. Millət vəkili
seçicilərinə parlament fəaliyyəti barədə hesabat verib. Seçki platformasında
prioritet təşkil edən məsələlərə toxunub. Seçicilər də
öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət
göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə
gətirdiyinə görə təşəkkür ediblər.
|