ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə
missiyasının siyasət üzrə analitiki Noemi Arçidiakono Demokratik İslahatlar
Partiyasının qonağı olub. O, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən
deputatlığa namizəd Asim Mollazadə ilə görüşüb. Görüşdə
sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədənkənar seçkilər müzakirə edilib. Asim Mollazadə partiyanın seçkilərə
hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı
məlumat verib. Seçki prosesi ilə bağlı qonağı maraqlandıran
sualları cavablandırıb.
|