Demokratik İslahatlar
Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə
keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini
irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə
növbəti kütləvi görüş keçirib. Millət vəkili
seçicilərinə ötən dövr ərzində parlament fəaliyyəti barədə hesabat verib. Eyni
zamanda seçki platformasında prioritet olan məsələlərə toxunub, seçiciləri
maraqlandıran suallara cavab verib. Seçicilər də
öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət
göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə
gətirdiyinə görə təşəkkür ediblər.
|