Demokratik
İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli
Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən
namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində
seçicilərlə növbəti kütləvi görüş keçirib. “Bakı Tikiş
Evi” ASC-nin qarşısındakı meydanda keçirilən görüşdə Asim Mollazadə seçki
platformasında prioritet olan məsələləri açıqlayıb, seçiciləri maraqlandıran
suallara cavab verib. Seçicilər
Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət göstərdiyinə və ölkə
üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə
təşəkkür ediblər.
|