Demokratik
İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli
Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən
namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində
seçicilərlə növbəti görüş keçirib. Yasamal rayonu,
“MAİN” yaşayış kompleksi ərazisindəki meydanda keçirilən görüşdə Asim Mollazadə
seçki platformasında prioritet olan məsələləri açıqlayıb, seçiciləri
maraqlandıran suallara cavab verib. Seçicilər
Asim Mollazadəyə onların səsləndirdiyi problemlərə diqqətlə yanaşacağına ümid
etdiklərini bildiriblər və hər zaman ölkə üçün həyati vacib məsələləri
parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.
|