Partiya  Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib-

Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti kütləvi görüş keçirib.

Yasamal rayonu, “Melissa Park” yaşayış kompleksi ərazisindəki meydanda keçirilən görüşdə Asim Mollazadə seçki platformasında prioritet olan məsələləri açıqlayıb, seçiciləri maraqlandıran suallara cavab verib.

Seçicilər Asim Mollazadəyə onların səsləndirdiyi problemlərə diqqətlə yanaşacağına ümid etdiklərini bildiriblər və hər zaman ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə