Türk
Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Müşahidəçilər Missiyasının nümayəndə
heyəti Demokratik İslahatlar Partiyasının qonağı olub. Onlar partiya
sədri, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Asim
Mollazadə ilə görüşüblər. Görüşdə TDT
baş katibinin müavini Ömər Qocaman, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və
Həmrəylik Fondunun prezidenti, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü
Aygün Attar, TDT Katibliyinin layihə direktorları Murodjon Mustofayev, Yerzhan
Mustafin və Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Altınbek
Kubatbekov iştirak edib. Görüşdə
sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədənkənar seçkilər müzakirə edilib. Asim Mollazadə partiyanın seçkilərə
hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı
məlumat verib. Seçki prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.
|