Partiya  BRİCS-ə üzvlüyümüz zaman aparacaq - Bakı Qərbdən uzaqlaşır?-

Ekspertlərə görə, hər hansı təşkilata qoşulmaq digər bir qütbdən uzaqlaşmaq anlamına gəlmir

Moskva Bakını BRİCS-ə qəbul olmaqda dəstəkləyir və Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın Kazanda oktyabrda keçiriləcək sammitinə dəvət edilib. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.

Putinin Bakıya dövlət səfərindən sonra, Azərbaycan BRİCS-ə üzv olmaq istədiyini bəyan edib. BRİCS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığını daha da genişləndirmək üçün platforma ola bilər. BRİCS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər.

Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət, 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur.

Rəhbər ölkə BRİCS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir.

Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”ə dəyişir. Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRİCS liderlərinə tövsiyə edir.

BRİCS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır.

Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır. Bəs, BRİCS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı? BBC-nin bu sualına cavab verən Elxan Şahinoğluya görə, BRİCS-ə üzvlüyü Azərbaycanı Qərbdən uzaqlaşdırmayacaq, çünki Bakı ABŞ-la, NATO ilə əməkdaşlıqda maraqlıdır. BRİCS hərbi təşkilat sayılmır. Buna görə də Qoşulmama Hərəkatının üzvü olmasına rəğmən, belə bir təşkilatda üzvlük Azərbaycan üçün maneə sayılmır.

Bəs ekspertlər “BRİCS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı” sualı haqda nə düşünürlər?.....


.......Deputat Asim Mollazadə bu təşkilata üzvlüyün üstünlüklərindən söz açdı: “BRİCS-ə üzv olmaq hansısa bir hərbi birlikdə olmaq  seçimi deyil. Bu təşkilata üzvlüyü qardaş Türkiyə də istəyir. Artıq bunun üçün müraciət də edib. Azərbaycanla çox sıx şəkildə əməkdaşlıq edən Cənubi Afrika Respublikası bu təşkilatın üzvüdür. Mənə elə gəlir ki, bu təşkilat Azərbaycanın iqtisadi əlaqələr sistemini genişləndirəcək və biz bölgədə çoxşaxəli əməkdaşlığı uğurla davam etdirəcəyik”.......


Cavanşir ABBASLI,
“Yeni Müsavat”



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə