Partiya  DİP Prezidenti və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib-

Demokratik İslahatlar Partiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun  44 gün ərzində Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını alması, işğal altında olan ərazilərimizi azad etməsi ölkəmizin və xalqımızın tarixinə böyük şanlı zəfər kimi düşüb. Qısa müddətdə əldə edilən inanılmaz hərbi uğurlar Ermənistanı öz məğlubiyyətini etiraf etməsinə və kapitulyasiyaya səbəb olub. Bu unikal əməliyyatlar dünya hərb tarixində mühüm yer qazanmaqla yanaşı, beynəlxalq aləmdə Azərbaycanın hərbi reytinqinin artmasına, dünya çapında nüfuz qazanmasına, sayılıb-seçilən ölkələrlə eyni sırada dayanmasına gətirib çıxarıb. İşğalın başa çatması 30 ildən sonra Qarabağa “Böyük qayıdış”ın əsasını qoyub.

Cənab Prezident! Siz başda olmaqla Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə şərəfli missiyanızda böyük uğurlar, xalqımıza, dövlətimizə hərtəfəli inkişaf, geniş imkanlar, rifah və xoşbəxtlik arzulayırıq!”


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə