Partiya  Konstitusiya ilində referendum gözləntisi - rəylər-

Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən (İkinci Qarabağ) müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır. 

Bəzi ekspertlərə görə, bu il konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Bu dəyişikliklərlə ölkədə proporsional (partiya siyahıları əsasında) seçki sistemi tam ləğv edilib, baş nazirlik postu prezidentlikdən sonra ikinci əsas vəzifə sayılıb (əvvəl prezidenti Milli Məclis sədri əvəz edə bilərdi), bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət götürülüb və prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. .....

......Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu il üçün Azərbaycan dövlətinin əsas məqsədlərini sadaladı: “Konstitusiyamızın bu il yubileyidir, yəni 30 ili tamam olur. Konstitusiyamızın tələbləri əsasında bu il əsas məqsəd, ilk növbədə, Azərbaycanın suverenliyini möhkəmləndirmək, artırmaq və Azərbaycan dövlətinin strateji inkişafına hər bir istiqamətdə ciddi dəstək verməkdir. Açığı, referendum keçirmək üçün hazırda bir zərurət görmürəm. Bunu istisna da etmirəm. İdarəetmə sahəsində ciddi islahatların həyata keçirilməsi üçün hər şey ölçülüb-biçilməlidir. Bu, gələn ilmi olacaq, yaxud ondan sonrakı dövrdəmi, buna baxarıq. Əvvəldə də dediyim kimi, ən əsas məsələ Azərbaycanın suverenliyini möhkəmləndirmək, Azərbaycan vətəndaşlarının rifahını artırmaqdır. Bunun üçün həm iqtisadi-sosial sahədə, həm də təhlükəsizlik sahəsində Azərbaycan çox işlər görməlidir və "Böyük Qayıdış" layihəsi ilə bağlı işlər daha da intensivləşməlidir".


Cavanşir ABBASLI,
“Yeni Müsavat”



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə