Partiya  Azərbaycan siyasətçiləri Bakı-Vaşinqton münasibətlərinin perspektivini şərh edib-

ABŞ-ın 47-ci prezidenti Donald Tramp yanvarın 20-də and içərək fəaliyyətə başlayıb.

Prezident Trampın hakimiyyəti dövründə Azərbaycan-Amerika münasibətlərində hansı perspektivlər ola bilər? Bu barədə Azərbaycanın rəsmi və müxalif siyasi baxışları arasında fərqlər var. Müxalif siyasətçilər münasibtələrdə demokratiya və insan hüquqlarının prioritet olacağını güman edir. Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident Co Bayden dövründə Azərbaycan-ABŞ münasibətlərinin gərgin durumunu qeyd edib və Donald Trampın hakimiyyəti dövründə münasibətlərin yaxşılacağını, hətta strateji tərəfdaşlığa yaxınlaşa biləcəyinə ümid etdiyini deyib.

“Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik,” o, qeyd edib. "O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq,” o, əlavə edib. Ötən il dekabrın 18-də Azərbaycan Prezidenti Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində də Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətini tənqid edib. "Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.

Prezident deyib ki, Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib. Prezident Əliyev həmçinin ABŞ və Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib. Fransanın Ermənistana hücum silahları tədarük etməsi Azərbaycan üçün təhlükə yaradır. "Biz dəfələrlə Ermənistanın və onun ABŞ Dövlət Departamentindəki himayədarlarının nəzərinə çatdırmışıq ki, buna son qoyulmalıdır. Lakin, təəssüf ki, bizim səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sürətlə davam edir", o qeyd edib.

Bununla yanaşı, Əliyev Rusiyanı Azərbaycanın "etibarlı tərəfdaşı" adlandırıb. "Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır", o qeyd edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət Televiziyanın sualının cavabında bildirib ki, USAİD-in bundan sonra Azərbaycanda təmsilçiliyinin heç bir əsası yoxdur. Bayramovun dediyinə görə, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən cəzalandırılıb.

“Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Bayramovun Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir.

“USAID 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərmişdir”, o qeyd edib......


......Asim Mollazadə: Azərbaycan Tramp administrasiyası ilə qarşılıqlı maraqlar əsasında siyasət formalaşdıracaq

Azərbaycan Milli Məclisinin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, Donald Trampın hakimiyyətə gəlişi amerika xalqının təkidli iradəsi nəticəsində baş verib.

“Çünki ondan qabaqkı hakimiyyət Amerikanı bir sosialist ölkə kimi idarə etmək istəyirdi. Amerikanı zəiflətmək siyasəti ölkədə xalqın qəzəbinə səbəb oldu, xalq öz iradəsini ifadə etdi. Əminəm ki, Tramp administrasiyası ilə Azərbaycan qarşılıqlı maraqlar əsasında siyasət formalaşdıracaq. Bundan qabaq bizim hər zaman ABŞ ilə normal müansibətlərimiz var idi. Yeganə isitisna Amerika konqresində erməni lobbisi, erməni siyasətçilərinin öz ölkələrinə və Azərbaycana zərbələrini nəzərə almasaq, bizim ənənəvi Amerika-Azərbaycan münasibətlərimiz yüksək səviyyədə olub. Ümidvaram ki, buna qayıdış msmkündür və bu istiqamətdə də addımlar atılmalıdır”, Milli Məclisin deputatı Amerikanın Səsinə deyib.....

www.amerikaninsesi.org



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə