Partiya  Asim Mollazadə həmkarları ilə birlikdə Avstraliyanın bir sıra nazir və parlamentariləri ilə görüşüb-

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Avstraliyanın Pert şəhərində bir sıra görüşlər keçirib.

Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Avstraliyanın ticarət və investisiya naziri Stiv Siobo (Steve Ciobo), xarici işlər naziri Culia Bişop (Julia Bishop),  immiqrasiya nazirinin köməkçisi Hon Aleks Hokla (Hon Alex Hawk) da görüşərək ölkələrimiz arasındakı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfindən bu görüşlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Pert şəhərində Atatürk monumentini və Müharibə memorialını da ziyarət ediblər. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə