Partiya  Cənubi Qafqazın ən güclüsü...-
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. 107 il əvvəl, 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Milli Ordunun yaradılmasına başlanılıb və böyük işlər görülüb.Lakin Xalq Cümhuriyyəti süqut etdiyindən ordu quruculuğu yarımçıq qalıb.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra yenidən ordu quruculuğuna başlanılıb. Lakin Ermənistanla müharibə şəraitində olan Azərbaycanda ordunun yaradılması üçün addımlar atılsa da, vahid və nizami ordu daha çox Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ordumuzun yaradılması üçün təxirəsalınmaz addımlar atdı, o cümlədən könüllü batalyonlar da daxil olmaqla, bütün strukturları Müdafiə Nzirliyinin rəhbərliyi altında birləşdirdi. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan Ordusunun 1994-cü il Qış kampaniyası zamanı uğurlu Horadiz əməliyyatı keçirildi. Əməliyyat zamanı ordumuz Füzuli istiqamətində Ermənistan ordusunu üstələdi, Horadiz qəsəbəsi və Füzuli rayonunun 21 kəndi, eləcə də Cəbrayıl rayonunun bəzi kəndləri ordumuzun nəzarətinə keçdi, yüzlərlə erməni silahlısı məhv edildi. Məhz bu əməliyyatdan bir neçə ay sonra Ermənistan Azərbaycanla atəşkəs sazişi imzalamağa məcbur oldu. Bundan sonrakı dövr ordumuzun inkişafı və qələbələri ilə yaddaşlarda qalıb.

Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Ordusu müasir silahlarla təchiz edilib, modernləşdirilib, peşəkarlığı artırılıb. Bunun nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti artıb.

Ordumuz qarşısına qoyulan məqsədi - Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunmasını qısa müddətə həyata keçirib. Ordumuzun Şuşa əməliyyatı xüsusi qeyd edilməlidir. Hələ müharibədən çox-çox əvvəl bəzi hərbi ekspertlər Şuşa şəhərinin yüksəklikdə yerləşməsi səbəbindən onun işğaldan azad edilməsini olduqca çətin, mümkünsüz hesab edirdilər. Ancaq 44 günlük Vətən müharibəsi ordumuzun hazırlığını, döyüş ruhunu və yüksək səviyyəli idarəçiliyi ortaya qoydu ki, bu da hərb tariximizə qızıl həriflərlə yazılacaq.

Qeyd edək ki, cənab İlham Əliyevin Ali Baş Komandan kimi ortaya qoyduğu iradə Azərbaycan Ordusunun qələbəsində mühüm faktor olub... ...Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə isə bildirib ki, Azərbaycan Ordusu xalqımızın fəxridir:

“Biz qalib ordudan danışırıq, ərazi bütövlüyümüzü ordumuz təmin edib. Hər bir dövlət ordusunu düşünməlidir, qayğısına qalmalıdır, müasir silahlarla, qayğı ilə təmin etməlidir. Bəli, ordu məsələsində Ali Baş Komandan müstəsna rol oynayır. Bizim təcrübəmizdə Ali Baş Komandan zəruri işlər həyata keçirib. Konkret olaraq güclü ordu üçün güclü iqtisadiyyat olmalı, müttəfiqlər, dostlar, tərəfdaşlar məsələsi həll edilməlidir. Ali Baş Komandan bu məsələlərin hamısını həyata keçirib”.

A. Mollazadənin sözlərinə görə, müharibə dövründə həm ordunu idarə etmək, həm qələbə qazanmaq, həm də informasiya savaşında ön cərgədə durmaq böyük işdir və Ali Baş Komandan bunların öhtəsindən layiqincə gəlib...

Y. QACAR

Reyting.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə