Demokratik
İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə
"Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı
uğrunda" mükafata 2025-ci ildə layiq görülən jurnalistlərlə bağlı qərarını
açıqlayıb. Sözügedən
mükafata internet resurslarında ölkəmiz və regionumuz üçün əhəmiyyət kəsb edən
kontent yaratdıqlarına görə Ülviyyə Gülməmmədova (oxu.az) və Elvin Səlimov
(ölkə.az) layiq görülüb. Xatırladaq
ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən
canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə,
azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə
aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub. Demokratik
İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən
jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın
yaradılmasının 150 illiyi münasibətilə təbrik edir.
|