Partiya  DİP Prezidentin ABŞ səfərinin nəticələri barədə bəyanat verib-
Demokratik İslahatlar Partiyası Azərbaycan Prezidentinin ABŞ-a səfərinin nəticələri ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar, Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir. Artıq Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində çox ciddi addım atılıb. Bayden dövründə kifayət qədər zədələnmiş Azərbaycan-Amerika ikitərəfli münasibətləri bərpa olunub, Prezident Donald Trampın imzaladığı sərəncamla Azərbaycana qarşı 33 il ərzində ədalətsiz şəkildə tətbiq olunan Azadlığı Dəstəkləmə Aktına edilən 907-ci düzəlişin tətbiqi dayandırılıb. Ümidvarıq ki, Ağ Evdə paraflanan Saziş bölgəmizə dayanıqlı sülhün gəlməsinin əsas göstəricisidir. Burada imzalanan sənədlər sayəsində gələcəkdə ölkəmiz və regionumuz yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) beynəlxalq əhəmiyyətli layihə olacaq. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması da birgə böyük gələcəyə doğru inamlı addımların başlanğıcıdır. Hesab edirik ki, Azərbaycan 44 günlük müharibədə və antiterror əməliyyatları nəticəsində əldə etdiyi hərbi qələbələrdən sonra mühüm diplomatik qələbəni də əldə edib. Ermənistan, Azərbaycan prezidentinin də qeyd etdiyi kimi öz ev tapşırıqlarını yerinə yetirəndən - Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırandan sonra yekun sülh sazişi imzalanacaq. Biz Vaşinqtonda əldə edilən diplomatik qələbələr, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, Azərbaycan və Ermənistan liderləri, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində əldə edilən böyük uğurlar münasibətilə başda ölkə başçısı cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını, eləcə də regionumuzda sülh, əmin-amanlıq, inkişaf istəyən hər kəsi ürəkdən təbrik edirik!”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə