Partiya  Demokratik İslahatlar Partiyasının anım günü ilə bağlı bəyanatı-
27 senytabr Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür. Ermənistan SQ-nin genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması səbəbindən Silahlı Qüvvələrimizin komandanlığının qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verməsindən 5 il ötür. Bu şərəfli gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən Müharibəsinin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Azərbaycanın minlərlə övladı Ermənistanın davam etdirdiyi 30 illik işğala son qoymaq üçün silaha sarılıb, canını qarı düşmənin təxribatlarına, güllələrinə sipər edib. Onlar böyük şücaət, dillərə dastan olacaq qəhrəmanlıqlar göstərərək vətən torpaqlarını azad ediblər və zəfər tariximizi öz qanları ilə yazıblar. Demokratik İslahatlar Partiyası bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, onların xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir!
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə