Partiya  "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafat jurnalistlərə təqdim edildi-
Demokratik İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı 2025-ci ildə ona layiq görülən jurnalistlərə təqdim edib. Təqdimat zamanı DİP sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, artıq 18 ildir partiya sözügedən mükafatları jurnalistlərə verir. Partiya Azərbaycanın mətbuat tarixində əvəzsiz yeri olan bu iki böyük insanın adını daşıyan mükafatı təqdim etməklə, jurnalistləri onların ideyalarına sadiq qalmağa, azad, demokratik, obyektiv və qərəzsiz kontent yaratmaq yolundan dönməməyə ruhlandırmağa çalışır. DİP sədri əlavə edib ki, müasir dünyada medianın xarakterinin necə dəyişməsindən asılı olmayaraq, Azərbaycan jurnalistləri Zərdabi və Nəcəfovun istinad etdiyi “həqiqətləri çatdırmaq və maarifləndirmək” missiyasından heç vaxt əl çəkməməlidir. Jurnalistlər də öz növbələrində onları bu iki böyük şəxsiyyətin adını daşıyan mükafata layiq gördükləri, azad medianı hər zaman dəstəklədikləri üçün Demokratik İslahatlar Partiyası və Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Sözügedən mükafat və diplomlar internet resurslarında ölkəmiz və regionumuz üçün əhəmiyyət kəsb edən kontent yaratdıqlarına görə Ülviyyə Gülməmmədova (oxu.az) və Elvin Səlimova (olke.az) təqdim edilib.
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə