Partiya  DİP-in gənc fəalları Almaniyada gənc siyasətçilər üçün proqrama qatılıblar-

Demokratik İslahatlar Partiyasının Qadınlar və Gənclərlə iş şöbəsinin əməkdaşları Almaniyada keçirilən "Cənubi Qafqazın Gənc Siyasətçiləri üçün Tədris və Dialoq Proqramı"nda iştirak ediblər. Onlar proqram çərçivəsində Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi, Berlin və Vittenberq şəhər bələdiyyələrində rəsmilərlə görüşüblər. Bu görüşlərdə Cənubi Qafqazın təhlükəsizliyi, Qafqaz və Avropa Birliyi ölkələri arasındakı əlaqələrin genişlənməsi, gənclərin AB-nin "Şərq Tərəfdaşlığı" proqramındakı rolu və s.-lə bağlı müzakirələr olub.

Qeyd edək ki, proqramda partiyanın fəal gənclərindən Nərmin Şamilbəyli, Elvira İsmayılova və Emil Abdürəhmanov iştirak ediblər.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə