Partiya  ABŞ-da San Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edilib-

Demokratik İslahatlar Partiyasınını sədri, Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər qatılıb.

Ziyafətdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edib. Cəmiyyətin sədri Martin Kruminq əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Tədbirdə ABŞ Konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatoru Coel Anderson və San Dieqo Vilayəti adından bəyannamələr təqdim olunub.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə