Partiya  Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır - deputat-

Bakı, 1 noyabr, SalamNews, A.Bayramova. “Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi yoxdur”.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistanın təxribatlarını dəyərləndirərkən deyib.

O, Ermənistanın danışıqlar prosesini imitasiya etdiyini bildirib: “Onların məqsədi beynəlxalq ictimaiyyətin fikrini yayındırmaqdır. Əslində isə məqsəd mövcud status-kvonu saxlamaqdır, Azərbaycanın işğal altında olan yeddi rayonunda və Dağlıq Qarabağda güclənməkdir. Hesab edirəm ki, Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq ictimaiyyəti təşkilatlar məlumatlandırılmalıdırlar”.

A.Mollazadə qeyd edib ki, Ermənistanın bölgədə apardığı siyasət sülhə və sabitliyə təhlükədir.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə