Partiya  Azərbaycanın Latın Amerikası ölkələri üçün əhəmiyyəti artır-

Asim Mollazadə: “Rodriqo Mayanın Braziliya parlamentinə spiker seçiləndən sonra ilk xarici səfərinin Azərbaycana etməsi onun ölkəmizə böyük önəm verməsi ilə bağlıdır”

Məlumdur ki, Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfərdə əsas məqsəd Azərbaycanla münasibətlərin dərinləşdirilməsi, əlaqələrin gücləndirilməsidir. Xatırladaq ki, bundan əvvəl də Venesuela prezidenti Nikolas Maduro Azərbaycaan səfər edib. Göründüyü kimi, Latın Amerikası ölkələri Azərbaycanla münasibətlərin inişafına xüsusi önəm verməyə başlayıblar. Siyasilərin fikrincə, bu önəm Azərbaycanın dünyada nüfuzunun yüksəlməsindən irəli gəlir....

....Millət vəkili Asim Mollazadə bildirdi ki, cənab Rodriqo Mayanın Braziliya parlamentinə spiker seçiləndən sonra ilk xarici səfərinin Azərbaycana etməsi onun ölkəmizə böyük önəm verməsi ilə bağlıdır: “Səfər Azərbaycan-Braziliya münasibətlərinin, əməkdaşlığının genişlənməsi məqsədi daşıyır. Eyni zamanda onunla birgə Braziliyanın mühüm postlarda təmsil olunan  nazirlərinin gəlişi də ölkərimizlə münasibətlərin çoxşaxəli istiqamətdə inkişafına xidmət edəcək. 
Cənab Rodriqo Maya Azərbaycanda dəfələrlə səfərdə olub. Biz onunla həmçinin Braziliyada da görüşmüşük. O, Azərbaycanla dostluq qrupunun Braziliya parlamentində çox fəal üzvlərindən biri olub. Hal-hazırda parlamentin sədri kimi də Azərbaycana dəstək verən önəmli simalarındandır. Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında ölkəmizə böyük dəstək verir. O baxımdan cənab Rodriqo Mayanın səfəri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ümidvarıq ki, bu səfərdən sonra iki ölkə arasında münasibətlər daha da güclənəcək. Azərbaycan Latın Amerikasında sədaqətli dostlar tapa biləcək. Latın Amerikasından olan səfərlərin artması həmçinin ölkəmizin artan nüfuzundan xəbər verir”.
Mübariz BAYRAMOV

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə