Partiya  “İrəvan Putinin imicinə böyük zərbə vurub”-

Ermənistan cəbhə xəttində təxribatları artırmaqla sülh istəmədiyini və danışıqlar prosesinin onlar üçün önəmli olmadığını açıq nümayiş etdirir.

 

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, işğalçı siyasətini davam etdirən İrəvanın bu hərəkəti birbaşa beynəlxalq ictimaiyyətə meydan oxumaqdır:

 

“Ermənistan çox yaxşı bilir ki, Azərbaycan onların təxribatlarına layiqli cavab vermək qabiliyyətindədir. Görünür, Ermənistan məhz bu təxribatlardan sonra Azərbaycana qarşı ittihamlar irəli sürməyi planlaşdırır. İşğalçı dövlət bununla da mənfur oyunlarını davam etdirir. Təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana hüquqi nöqteyi-nəzərdən müvafiq sanksiyalar tətbiq edilmir. Ermənistanın real sahibi və dəfələrlə sülh vəd edən ölkələr də bu istiqamətdə ciddi addımlar atmırlar”.

 

A.Mollazadə bir müddət öncə məhz Rusiya tərəfindən gündəmə gətirilsə də, hələ də rayonların qaytarılması istiqamətində Ermənistana heç bir təzyiqin olmamasını Moskvanın vədinə dönük çıxması ilə izah edib:

 

“Ermənistan müstəqil dövlət deyil və Rusiyanın hərbi bazasıdır. Bu hərbi baza Rusiya ilə öz silahlı qüvvələrini birləşdirib. Hava qüvvələrindən müdafiə sistemləri ilə bağlı müvafiq sənədlərisə artıq Rusiya Dumasına təqdim edilib. Rusiya Azərbaycana rayonların azad olunması ilə bağlı vədlər versə də, mən hansısa bir addımın atılacağını gözləmirəm. Ermənistan da bu istiqamətdə heç bir addım atmamaqla Rusiyaya və bu ölkənin rəhbərliyinin beynəlxalq imicinə ciddi zərbə endirib”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə