Partiya  Asim Mollazadə: “İrəliləyişin əldə olunmamasının əsas səbəbkarı Ermənistandır” AÇIQLAMA!-

“Ermənistan indiyədək beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqlarda iştirak edib. Son hadisələr göstərdi ki, Ermənistan Rusiyanın, şəxsən Putinin də imicinə böyük zərbə vurur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

Rusiyalı poltiloq Sergey Markovun Ermənistanla bağlı son fikirlərini şərh edən A.Mollazadə qeyd edib ki, bu vaxta qədər danışıqlarda müsbət irəliləyişin əldə olunmamasının da əsas səbəbkarı məhz Ermənistandır: “Sarkisyan Rusiyanın da təkliflərini rədd etdi. Biz istərdik ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı nailiyyət əldə olunsun. Rusiya bu məsələdə Ermənistan qarşısında konkret şərtlər qoymalıdır. Azərbaycan isə həmişəki kimi öz ədalətli mövqeyindədir”.

Samir

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə