Partiya  Orxan Nəbiyev

Orxan Nəbiyev

O, 2008-ci ildən gənclər sektorunda ictimai fəaliyyətə başlayıb. Elə həmin ildən Demokratik İslahatlar Partiyasının təəsübkeşi və daha sonra üzvü oldu. 2009-cu ildən Dalğa Gənclər Hərəkatının beynəlxalq əlaqələr koordinatoru, 2011-ci ildə isə sədri olub. 2010-cu il Milli Məclis seçkilərində Demokratik İslahatlar Partiyasının seçki təşfiqatında aktiv iştirak etmişdir, seçki günün isə partiyanın müşahidəçisi olmuşdur. Beynəlxalq Liberal Gənclər Federasiyası ilə əlaqələrin qurulmasında müstəsna rolu olub. 2016-cı il İtaliya “Rondine” təqaüd proqramının məzunudur. 2 dekabr 2023-cü ildən Demokratik İslahatlar Partiyasının siyasi şurasının üzvüdür.

Orxan Nəbiyev Avropa İttifaqının beynəlxalq inkişaf və yenidənqurma layihələrinin mütəxəssisi, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının Xarici əlaqələr koordinatoru, o cümlədən Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültəsində, həmçinin, Azərbaycan Texniki Universitetində Beynəlxalq Biznes Məktəbində “Təşkilati quruculuq, strategiya və innovasiyalar” fənni üzrə müəllim kimi çalışır.

Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər” fakültəsinin məzunudur, Azərbaycan Dillər Universitetinin  “Amerikaşünaslıq” və Roma “La Sapienza” Universitetinin “İnkişaf üçün Beynəlxalq əməkdaşlıq və layihələndirmələr” üzrə magistr dərəcəsinə sahiblənib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə