Partiya  Aygün Bünyadzadə

Aygün Bünyadzadə

Doğum tarixi: 08 noyabr 1969-cu il

Milliyyəti: azərbaycanlı

İxtisası: Maliyyə-iqtisad

Dillər: azərbaycan, rus, türk (danışıq), alman

Kompüter bilikləri: ofis və internet

Təhsili: Azərbaycan Dövlət İqtisad Universiteti (1989-1995) “Maliyyə-kredit” fakültəsi

Yaradıcı fəaliyyəti: 2000-ci ildən uşaq yazıçısı kimi fəaliyyət göstərir. Nağıllar, nağıl-pyes ve nağıl-povestlər yazır, dünya xalqlarının nağıl və əfsanələrini rus, türk  və alman dillərində tərcümə edib müntəzəm olaraq dövrü mətbuatda, xüsusilə uşaq mətbuatında çıxış edir.

2001-ci ildə YUNİSEF,Respublika Uşaq Təşkilatı və Minalar Əleyhinə Milli Agentlik tərəfindən Aygün Bünyadzadənin müəllifi olduğu “Mina təhlükəsi” nağıl-pyesinin premyerası və 17 sərhədyanı rayonda uğurlu nümayişi olub.

2001-ci ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən “ilin ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına xüsusi mükafatına layiq görülmüş, 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatarı tərəfindən “ilin gənc yazarı” nominasiyasının qalibi olmuş, 2003-cü ildə 2 nağıl-pyesi Azərbaycanın görkəmli klassik dramaturqu Cəfər Cabbarlı adına xüsusi Diploma layiq görülmüşdür.

2005-2007-ci illərdə uşaqlar arasında çox populyar olan “Cırtdan”uşaq jurnalının, 2008-ci ildə “Evcik”, 2014-cü ildə isə “Cobi və dostları” uşaq jurnallarının baş redaktoru olub.

2007-cı ildə isə A. Şaiq ad. Azərbaycan Dövlət Kukla Teatrında müəllifin “Kral” monotamaşası səhnəyə qoyulub.

2009-cu ildə “Təhsil” nəşriyyatı tərəfindən “Üç nağıl” adlı kitabı dərc olunmuş, kitab sonradan rus və ingilis dillərinə tərcümə edilib.

2010-cu ildə “uşaqlar qarşısında xidmətləri üçün” BMT-nin və Polşa Respublikasının Beynəlxalq “Təbəssüm Ordeni”nə layiq görülmüş və “Təbəssüm Ordeni Kavaleri (cəngavəri)” fəxri adını qazanmışdır. Bu günəcən dünyanın ən müxtəlif bölgələrindən olan siyasətçilərin, dövlət başçılarının, din xadimlərinin, yazarların və digər məşğuliyyət sahiblərinin layiq görüldüyü beynəlxalq “Təbəssüm Ordeni” dünyada yeganə mükafatdır ki, irqindən, dinindən və məşğuliyyətindən asılı olmayaraq, uşaqlar tərəfindən, onların dostu olan böyüklərə verilir. Dünya uşaq ədəbiyyatı nəhənglərindən Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto müxtəlif dövrlərdə bu mükafata layiq görülmüşlər. Eyni zamanda Roma Papası Fransisk, İsveç kraliçası Silviya, Marqret Tetçer, 14-cü Dalay-Lama, Fərəh Pəhləvi, Tereza ana və digər məşhur şəxslər də fərqli illərdə bu mükafata layiq layiq görülüblər.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfində keçirilmiş “ən yaxşı uşaq əsərləri üçün” müsabiqələr “uşaq pyesləri” nominasiyasında 2-ci yeri qazanmış və fəxri fərmanla mükafatlandırılıb.

2023-cü ildə Moskvada dərc edilən “MDB dövlətlərinin bu günkü ədəbiyyatı” seriyasının “uşaq ədəbiyyatı” kitabına Azərbaycandan A. Bünyadzadənin müəllifi olduğu “Bir damla su” və “Karuseldəki at” nağılları da daxil ediliblər.

Müxtəlif illərdə müəllifi olduğu, üstəlik, türkcədən tərcümədə onlarla kitabı və redaktoru olduğu kitablar işıq üzü görüb.

Yüzə yaxın nağıl, nağıl-povest və nağıl-pyesin müəllifidir, dünya xalqlarının 200-dən  (iki yüz) çox nağıl əfsanə və uşaq ədəbiyyatı nümunələrini türk, rus və alman dilindən dilimizə tərcümə edib. Nağılları  türk, ingilis, özbək və rus dillərinə tərcümə edilib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə