Partiya  İnqilab Əhmədov

İnqilab Əhmədov

Mən Əhmədov İnqilab Ağacan oğlu 1960-cı ildə Lənkəran rayonunda anadan olmuşam. Orta təhsilimi 1967-1977-ci illərdə Lənkəran rayonunda almışam. Əmək fəaliyyətimə 1977-ci ildə Lənkəran rayonunun Ş. Axundov adına sovxozunda fəhlə kimi başlamışam.1979-cu ilin may ayından 1981-ci ilin iyununa qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçmişəm.

Ordu sıralarından tərxis olunandan sonra Leninqrad şəhərində 104 nömrəli tikinti trestində işləmişəm.

1982-1987-ci illərdə Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əyani şöbədə oxumuşam. Universiteti əla qiymətlə bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda siyasi iqtisad kafedrasında laborant vəzifəsində çalışmışam.

1987-ci ildə Leninqrad Dövlət Universitetinə təcrübəkeçmə üçün ezamiyyə olunmuşam.

1988-ci il həmin Universitetin iqtisadiyyat fakültəsinin aspiranturasına daxil olmuşam. İki ildən sonra 1990-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib Bakıya, Azərbaycan Neft və Kimya institutunun siyasi iqtisad kafedrasına müəllimi kimi işə düzəlmişəm.

1990-cı ildən 1994-cü ilə kimi Strateji Araşdırmalar Mərkəzində böyük elmi işçi kimi çalışmışam. !994-cü ilin oktyabr ayından Sosial-Psixoloji Araşdırmalar Mərkəzində baş direktorun müavini işləmişəm.

1995-ci ilin noyabr ayından 2005-ci ilin iyun ayına qədər “Trend” analitik informasiya agentliyinin baş direktoru vəzifəsində çalışmışam.

2003-cü ilin iyün ayından İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru vəzifəsində çalışıram

2000-ci ilin oktyabr ayında Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universtitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını müdafiə etmişəm.

Hal-hazırda Bakıda yaşayıram, evliyəm və üç övladım var.

14 iyun 2005-ci il.

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə